Dünya futbolu
La Liqa məhkəmənin “Barselona”ya dair qərarından məmnundur
01.01.2025 | 15:20
İspaniya La Liqasının rəhbərliyi apellyasiya məhkəməsinin “Barselona”nın, “blauqrana”nın iki ispan futbolçusunu – yarımmüdafiəçi Daniel Olmo və hücumçu Pau Viktoru İspaniya La Liqasının cari mövsümünün ikinci hissəsi üçün qeydiyyatdan keçirmək tələbini rədd etməsindən məmnun olduğunu bildirib.
Sports.az xəbər verir ki, La Liqa, müvafiq qərarın liqanın qanunlarına tam uyğun olduğunu və bütün çempionat komandalarına eyni şərtlər altında yarışmağa imkan verdiyini hesab edir.
Vurğulanır ki, hazırda “Barselona” bu futbolçularının qeydiyyatı ilə bağlı həlləri araşdırır.