Dünya futbolu
“Barselona” “Arsenal”ın aparıcı yarımmüdafiəçilərindən birini satın ala bilər
01.01.2025 | 17:00
“Barselona”nın təcili transfer hədəflərindən biri “Arsenal”ın qanalı dayaq yarımmüdafiəçisi Tomas Parti ola bilər.
Sports.az xəbər verir ki, Kataloniya klubu gələn yay azad agentə çevriləcək Partini “blauqrana”nın heyətinə cəlb etməyə çalışacaq.
“Barselona”nın müvafiq tərzli yeni oyunçu axtarışında olmasının səbəbi isə “blauqrana”nın niderlandlı mərkəz yarımmüdafiəçisi Frenki de Yonqun münasib oyun səviyyəsində olmamasıdır.
Vurğulanır ki, “Barselona”nın düəşrgəsində niderlandlı futbolçunun öz oyununu klubun ümid etdiyi səviyyəyə yüksəldəcəyinə inam da yoxdur.