Dünya futbolu
“Liverpul”da ciddi itki
02.01.2025 | 09:30
“Liverpul"un futbolçusu Co Qomes zədələnib.
Sports.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arne Slot məlumat verib.
Mütəxəssis 27 yaşlı müdafiəçinin zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq:
“Co budunun arxasından zədə alıb. Qomesin sağalması bir qədər vaxt aparacaq. Uzun müddət oynamayacaq”.
Xatırladaq ki, Qomes bu mövsüm 16 matçda meydana çıxıb.