Dünya futbolu
“Barselona” oyunçularını qeydiyyata salmaq üçün son imkanlarını səfərbər etdi
02.01.2025 | 10:00
“Barselona” hələ də “blauqrana”nın ispan futbolçuları – yarımmüdafiəçi Daniel Olmo və hücumçu Pau Viktoru 2024/2025-ci illər mövsümünün ikinci dövrəsi üçün qeydiyyatdan keçirə bilər.
Sports.az xəbər verir ki, yaxın iki gün ispan futbolçuların qeydiyyatının yenilənməsi məsələsində həlledici olacaq.
Vurğulanır ki, İspaniya Kral Futbol Federasiyası (RFEF) yaranmış vəziyyətə müdaxilə edərsə, “blauqrana”nın bu fəsadını həll edə bilər. Bu məsələdə mövcud vəziyyət “heç nə həll edilməyib, amma hər şey də itirilməyib” kimi qiymətləndirilir.