“Barselona” Olmonu qeydiyyata sala bilməsə, böyük ziyana uğrayacaq

“Barselona” İspaniya La Liqasının cari mövsümünün ikinci dövrəsi üçün “blauqrana”nın 26 yaşlı ispan yarımmüdafiəçisi Daniel Olmonu qeydiyyatdan keçirə bilməsə, Kataloniya klubu futbolçunun 2030-cu ilin yayında başa çatacaq müqaviləsinin sonuna qədər nəzərdə tutulmuş maaşını tam ödəməli olacaq.

Sports.az xəbər verir ki, “Barselona” həm də Olmonun keçən yay “blauqrana”nın heyətinə keçdiyi “Leypsiq”ə, yarımmüdafiəçinin keçidi müqabilində təyin edilmiş 48 milyon avro məbləğə qədər sabit haqqı tam ödəməyə mükəlləf olacaq.

Hazırda “Barselona” Daniel Olmonun qeydiyyatı ilə bağlı bütün imkanlarını səfərbər edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar