Dünya futbolu
Qari Nevill “Mançester Yunayted” – “Liverpul” oyunundan gözləntisini açıqladı
02.01.2025 | 12:40
“Mançester Yunayted”in keçmiş futbolçusu Qari Nevill yanvar ayının 5-də İngiltərə Premyer Liqasının 20-ci turunda “qırmızı şeytanlar”ın “Liverpul”la qarşılaşacağı oyunu şərh edib.
Sports.az ingilis təhlilçinin bu barədə gözləntisini təqdim edir:
“Mançester Yunayted” düşmə bölgəsindən cəmi 7 xallıq fərqdədir. Onlar səfərdə “Liverpul”a, sonra “Arsenal”a qarşı oynayacaqlar, ona görə də bu, həqiqətən çətin məqamdır. Amorim bizə gəlmiş gənc çalışdırıcıdır və yerləşmək üçün ona vaxt gərəkdir, amma nəticələr çox pis olanda bu, təzyiqi artırır, “Enfild” isə təşrif buyurulası yer deyil. Bu, ən yaxşı vaxtlarda belə, ən pis məkandır”.