Dünya futbolu
Raşford “Mançester Yunayted”dən tez ayrılmaq arzusu ilə agentliyə müraciət etdi
02.01.2025 | 13:20
“Mançester Yunayted”in məzunu, ingiltərəli hücumçu Markus Raşford “qırmızı şeytanlar”ın düşərgəsini tərk etmək seçimlərini araşdırmaq üçün səylərini artırıb.
Sports.az xəbər verir ki, Raşford yanvar ayında gəlirli bir razılaşma əldə etmək ümidi ilə aparıcı idman agentliyi “Stellar” ilə danışıqlar aparır.
Reşford bununla da “Mançester Yunayted”lə müqaviləsinin ləğvi üzərində işləmək üçün daha çox qüvvə cəlb etməyə çalışır. Eyni zamanda, Markusun maraqlarını qardaşı Dueyn Meynard təmsil etməyə davam edir.