“Neftçi”nin sabiq baş məşqçisi Rumıniya klubu ilə anlaşdı

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu özünə yeni iş yeri tapıb.

Sports.az xəbər verir ki, rumıniyalı mütəxəssis vətənində çalışacaq. 45 yaşlı məşqçi Ployeşti təmsilçisi “Petrolul”la anlaşıb.

Onunla anlaşma 2025/2026-cı illər mövsümünün sonunadək nəzərdə tutulub.

Mutu “Neftçi”də 2021-ci ilin iyulundan dekabrına qədər baş məşqçi olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar