Dünya futbolu
Amorim “Mançester Yunayted” rəhbərliyi qarşısında tələb qoydu
03.01.2025 | 20:00
“Mançester Yunayted”in portuqal baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın rəhbərliyi qarşısında tələb qoyub.
Sports.az xəbər verir ki, portuqal mütəxəssis daha əvvəl çalışdırdığı Lissabon “Sportinq”inin 26 yaşlı isveçli hücumçusu Viktor Dyökereşin satın alınmasının cari qış transfer pəncərəsində həyata keçirilməsini istəyir.
Vurğulanır ki, “yaya qədər gözləmək” niyyətində olmayan Ruben Amorim “qırmızı şeytanlar”ın ingiltərəli hücumçusu Markus Raşford və niderlandlı hücumçusu Coşua Zirkze ilə yollarını ayırmağa hazırdır.