“Çelsi”nin futbolçusu mövsümü erkən başa vura bilər

"Çelsi"nin mərkəz müdafiəçisi Uesli Fofana zədə səbəbindən mövsümü erkən başa vura bilər.

Sports.az xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Entso Mareska yerli mətbuata açıqlamasında bildirib.

Bud nahiyəsindən zədə alan fransalı futbolçunun mövsümün qalan hissəsində meydana çıxmayacağı istisna olunmur.

Fofana cari mövsümdə İngiltərə Premyer Liqasında 12 matça çıxıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar