“Spartak” argentinalı futbolçu uğrunda “Krasnodar”la çəkişəcək

“River Pleyt”in 23 yaşlı argentinalı cinah hücumçusu Pablo Solari Rusiya Premyer Liqasında çıxış etməyə yaxındır.

Sports.az xəbər verir ki, Solarinin xidmətində “Krasnodar” və Moskva “Spartak”ı maraqlıdırlar.

Vurğulanır ki, Rusiya çempionluğu uğrunda mübarizə aparan “Spartak” müvafiq mübarizədə birbaşa rəqibi, çempionatın birinci dövrəsinin lideri “Krasnodar”la argentinalı futbolçunun satın alınması məsələsində ciddi çəkişəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar