Dünya futbolu
“Lester” Premyer Liqada xallarından məhrum edilməyə yaxındır
04.01.2025 | 11:30
“Lester” İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda daha bir ittihamla üzləşə bilər.
Sports.az xəbər verir ki, Premyer Liqanın hüquqşünasları “tülkülər”in qanun pozuntularına yol verib-vermədiyini müəyyən etmək üçün yaxın iki həftə ərzində göstəriciləri qiymətləndirəcəklər.
Cəza qərarının yanvarın 13-də dərc ediləcəyi gözlənilir.
Vurğulanır ki, “Lester” növbəti ittihamdan yayına biləcəyinə dair əminliyini ifadə edib.