Dünya futbolu
İbrahimoviç Raşfordun satın alınmasını istəyir
06.01.2025 | 14:00
“Milan” rəhbərliyinin baş müşaviri Zlatan İbrahimoviçin “rossoneri”yə, “Mançester Yunayted”in məzunu, ingiltərəli cinah hücumçusu Markus Raşfordu cari mövsümün sonuna qədər müddətə icarəyə götürməyi tövsiyə edib.
Sports.az xəbər verir ki, İbrahimoviç, amerikan hücumçu Kristian Pulişiç və portuqal hücumçu Rafael Leaonun zədələnməsindən sonra, “Milan”ın hücum xəttində yaranmış fəsadı məhz Markus Raşfordun çözə biləcəyinə inanır.
Xatırladaq ki, “İbra” 2016-2018-ci illərdə “qırmızı şeytanlar”ın heyətində Raşfordla birgə çıxış edib.