Kyeza “Napoli”yə keçməyə yaxındır

“Liverpul”un italyan cinah hücumçusu Federiko Kyeza “Napoli”yə keçə bilər.

Sports.az xəbər verir ki, hazırda söhbət cari mövsümün sonuna qədər müddətə – 6 aylıq icarədən gedir.

Neapol təmsilçisi danışıqları sürətləndirir. Artıq Kyezanın agenti ilə futbolçunun transferini təsdiqləmiş “Liverpul” rəhbərliyi arasında görüş baş tutub. Futbolçunun tərəfinin “eşşəkciklər”in italyan baş məşqçisi Antonio Konte ilə söhbətləşdiyi də bildirilir.

Hazırda “Napoli” “Liverpul”a təklif göndərmək üçün gərəkli sənədləri hazırlayır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar