“Qalatasaray” Osimheni heyətində saxlamaq üçün imkanlarını səfərbər etdi

“Qalatasaray”, cari mövsümün sonuna qədər “Napoli”dən icarəyə götürdüyü 26 yaşlı nigeriyalı mərkəz hücumçusu Viktor Osimhenin yanvarda “aslanlar”dan ayrılmaması üçün “mümkün olan hər şeyi” etmək niyyətindədir.

Sports.az xəbər verir ki, nigeriyalı futbolçuya “Mançester Yunayted” fəal maraq göstərir, amma Türkiyə nəhəngi mümkün keçidə yol vermək istəmir və gələn yay Osimhenlə daimi əsasda müqavilə imzalamaq üçün çalışır.

Viktor Osimhenin cari mövsümü “Qalatasaray”da başa vurmaq istədiyi vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar