Dünya futbolu
Mareska Mudrikin “Çelsi”dəki gələcəyi ilə bağlı eyham vurdu
06.01.2025 | 13:30
“Çelsi”nin baş məşqçisi, italyan mütəxəssis Entso Mareska “zadəganlar”ın ukraynalı cinah hücumçusu Mixaylo Mudrikin London klubundakı gələcəyi ilə bağlı klub rəhbərliyinə eyham vurub.
Sports.az xəbər verir ki, italyan mütəxəssis London klubunun rəhbərliyinə, Mudrikin əvəzinə yeni bir futbolçunun satın alınmasının mümkünlyü ilə bağlı ipucu verib.
Xatırladaq ki, Mudirk dopinq müayinəsinin nəticələri əsasında, qanında qadağan edilmiş maddə aşkarlandığı üçün hazırda, müvəqqəti olaraq futboldan kənarlaşdırılıb.