“Arsenal”ın gənc futbolçusu klubun tarixinə düşdü

İngiltərə təmsilçisi "Arsenal"ın gənc futbolçusu İtan Nvaneri "topçular"ın, eyni zamanda Premyer Liqanın tarixinə düşüb.

Sports.az İngiltərə Premyer Lqiasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 20-ci turda "Brayton"la matçda (1:1) fərqlənən futbolçu "Arsenal"ın heyətində Premyer Liqada 18 yaşına çatmamış birdən çox qol vuran ilk oyunçu olub.

O, 17 yaş 290 günlüyündə fərqlənib. Noyabrda "Nottingem Forest"lə oyunda (3:0) qol vuran yarımmüdafiəçi həmçinin İngiltərə Premyer Liqasında bu göstəriciyə nail olan altıncı futbolçudur.

"Arsenal"ın yetirməsi olan Nvaneri əsas komandada cari mövsümdə cəmi iki dəfə start heyətində meydana çıxıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar