Dünya futbolu
“Komo” serb yarımmüdafiəçi ilə maraqlanır
07.01.2025 | 20:00
İspan mütəxəssis Sesk Fabreqasın çalışdırdığı “Komo”, Lion “Olimpik”inin 36 yaşlı serb veteran dayaq yarımmüdafiəçisi Nemanya Matiçi satın almaqda maraqlıdır.
Sports.az xəbər verir ki, iqtisadi şərtlər müqavilə bağlamaq üçün uyğun olarsa, Matiç İtaliyaya köçmək barədə düşünəcək.
Əlavə edək ki, Matiç və Fabreqas bir vaxtlar “Çelsi”də birgə çıxış ediblər.