Azərbaycanlı futbolçuların komandası Türkiyə Kubokunda heç-heçə etdi

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" komandası Türkiyə Kubokunda növbəti oyununu keçirib.

Sports.az xəbər verir ki, paytaxt təmsilçisi B qrupundakı ilk matçında "İskenderunspor"la üz-üzə gəlib.

Qarşılaşma heç-heçə başa çatıb - 1:1.

Renat Dadaşov və U-19 millimizin üzvü Həsən Nəzərli matça ilk "11-lik"də başlayıblar və sonadək meydanda olublar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar