Amorim “Mançester Yunayted”in ilk transferinə qərar verdi

“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim PSJ-nin 22 yaşlı portuqal sol cinah müdafiəçisi Nunu Mendeşi “qırmızı şeytanlar”ın heyətində görmək istəyir.

Sports.az xəbər verir ki, Mendeş portuqal mütəxəssisin rəhbərliyi altında “Mançester Yunayted”in ilk transferi olacaq.

“Qırmızı şeytanlar” Mendeşin keçidini cari qış trasnfer pəncərəsində tamamlamaq istəyirlər. Amma vurğulanır ki, bu, çox çətin olacaq. Belə ki, PSJ futbolçusu ilə cari mövsümün sonuna qədər vidalaşmaq niyyətində deyil.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar