Dünya futbolu
“Milan”ı təslim olmadığına görə alqışlamaq gərəkdir”
08.01.2025 | 13:00
“İnter”in argentinalı mərkəz hücumçusu Lautaro Martines 2024-cü il İtaliya Super Kubokunun finalında “Milan”a 2:3 hesablı məğlubiyyəti şərh edib.
Sports.az argentinalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Bizim kifayət qədər fürsətlərimiz oldu, oyunun gedişatını dəyişə bilərdik, amma fürsətlərimizdən yararlana bilmədik. Biz uduzduq. Məğlubiyyətə layiq idikmi bilmirəm, amma “Milan”ı təslim olmadığına görə alqışlamaq gərəkdir. Baş verənləri izah etmək çətindir”.