Dünya futbolu
La Liqa təmsilçisinin qapıçısı Portuqaliya klubunda
15.01.2025 | 10:00
Portuqaliya təmsilçisi "Sportinq" İspaniyanın "Betis" komandasının qapıçısı Ruy Silvanı heyətinə qatıb.
Sports.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı qolkiper cari mövsümün sonuna qədər lissabonluların şərəfini qoruyacaq.
Silva cari mövsümdə "Betis"in heyətində 17 qarşılaşmada meydana çıxıb və 18 qol buraxıb.