Dünya futbolu
Lizarazyu Komanı tənqid etdi

18.09.2025 | 11:00
Fransa yığmasının keçmiş müdafiəçisi Biksant Lizarazyu 29 yaşlı fransalı sol cinah hücumçusu Kinqsli Komanı Almaniya nəhəngi “Bayern”dən Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”ə keçidinə görə tənqid edib.
Sports.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Kimsə məni inandıra bilməz ki, Səudiyyə Ərəbistanına yollananda, bunu idman maraqlarına görə edirlər. Bu, səni zirvəyə qaldıracaq çempionat deyil. Koman yenidən Fransa yığmasına çağırıla bilər, amma mənim üçün bu, onun gənc olmasına rəğmən, idman nöqteyi-nəzərindən geriləmədir”, deyə Lizarazyu vurğulayıb.
Son xəbərlər