Dünya futbolu
Kuzyaev Rusiyaya qayıda bilər

18.09.2025 | 20:15
Hazırda azad agent qismində klub axtarışında olan 32 yaşlı rusiyalı mərkəz yarımmüdafiəçisi Daler Kuzyaev vətəninə qayıda bilər.
Sports.az xəbər verir ki, Kuzyaevin Rusiyanın bir neçə klubu ilə danışıqlar apardığı haqda məlumat var.
Bildirilir ki, futbolçu həmçinin “Hannover”dən də təklif alıb.
Futbolçunun Avropanın digər klublarından da təkliflər gözlədiyi vurğulanır.
Xatırladaq ki, Kuzyaev cari ilin iyul ayında “Havr”dan azad agent qismində ayrılıb.
Son xəbərlər