“Qalatasaray” Almaniyada darmadağına üzüldü

Çempionlar Liqasında əsas mərhələnin ilk turuna yekun vurulub.
Sports.az xəbər verir ki, bu gün ilk turun son 7 oyunu kimi keçirilib.
“Qarabağ”ın rəqiblərindən “Napoli” səfərdə “Mançester Siti”yə uduzubsa, “Kopenhagen” evdə “Bayer” lə bacarmayıb.
“Ayntraxt” Türkiyə çempionu “Qalatasaray”a böyük hesabla qalib gəlib. “Monako” isə səfərdə “Brügge” tərəfindən darmadağına məruz qalıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
18 sentyabr
“Brügge” (Belçika) - “Monako” (Fransa) 4:1
Qollar: Tresoldi, 32. Onyedika, 39. Vanaken, 42. Diakon, 75 – Fati, 90+1.
“Kopenhagen” (Danimarka) - “Bayer” (Almaniya) 2:2
Qollar: Larsson, 9. Robert, 87 – Qrimaldo, 82. Hatsidiakos, 90+1-öz qapısına.
“Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya) 2:0
Qollar: Haland, 56. Doku, 65.
“Ayntraxt” (Almaniya) - “Qalatasaray” (Türkiyə) 5:1
Qollar: D.Sançes, 37-öz qapısına. C.Y.Uzun, 45+2. Burkardt, 45+5; 66. Knauff, 75 – Y.Akgün, 8.
“Sportinq” (Portuqaliya) - “Kayrat” (Qazaxıstan) 4:1
Qollar: Trinkan, 44; 65. Alisson Santos, 67. Kenda, 68 – Edmilson Santos, 86.
“Nyukasl” (İngiltərə) - “Barselona” (İspaniya) 1:2
Qollar: Qordon, 90 – Raşford, 58; 67.