Dünya futbolu
Totti izlədiyi yeganə futbolçudan söhbət açdı

10.10.2025 | 22:40
İtaliya futbolunun əfsanəsi, “Roma”nın keçmiş kapitanı və hücumçusu Françesko Totti italyan futbolunda izlədiyi yeganə istedadın “Komo”nun 21 yaşlı argentinalı hücumameylli yarımmüdafiəçi Nikolas Pas olduğunu bildirib.
Sports.az Tottinin müvafiq açıqlamasını təqdim edir:
“Belə deyək, hal-hazırda italyan istedadlar elə də çox deyillər. Mənim izlədiyim yeganə kəs isə, italyan olmasa da, bu, Niko Pasdır. O, məndə çox maraq doğurur. Onun böyük gələcəyi var”, deyə Totti qətiyyətlə vurğulayıb.
Son xəbərlər