Dünya futbolu
Ən sərrast qolçusu Fransa yığmasına qayıtmaq niyyətində deyil

10.10.2025 | 23:00
Fransa yığmasının tarixən ən sərrast qolçusu, “Lill”in 39 yaşlı mərkəz hücumçusu Olivye Jiru “xoruzlar”ın düşərgəsinə qayıtmaq niyyətində deyil.
Sports.az xəbər verir ki, Jiru özü bu barədə açıqlama verib:
“Qayıtmaq istəyim yoxdur, məni müvafiq xüsusda böyük şərəfləndiriblər. Məşqçi də mənim bu səhifəni çevirdiyimi bilir”, deyə Jiru vurğulayıb.
Xatırladaq ki, Jiru Fransa yığması üçün meydana çıxdığı 137 oyunda 57 qol vurub.
Son xəbərlər