Dünya futbolu
“Dortmundda özümü rahat hiss edirəm”

21.10.2025 | 11:00
Dortmund “Borussiya”sının 25 yaşlı alman mərkəz müdafiəçisi Niko Şlotterbek “Real” və “Bayern”in maraqları mənzərəsində gələcəyi ilə bağlı danışıb.
Sports.az alman futbolçunun müvafiq fikrini təqdim edir:
“Müqaviləm üzrə il yarımdan çox öhdəliyim var. Oturub Sebastyan Kel (“Borussiya”nın idman direktoru – redaktorun qeydi) ilə plan işləyib-hazırlayacağam və bunun nəyə gətirib çıxaracağına baxacağam. Dortmundda özümü rahat hiss edirəm və müvafiq ruhda da davam etmək baxımından heç bir fəsad görmürəm. Amma bu, qeyd-şərtsiz, mənim karyeram üçün vacib qərardır”, deyə Şlotterbek vurğulayıb.
Son xəbərlər