Çempionlar Liqası: Liqa mərhələsində 3-cü tura start verilir

UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu gün 3-cü tura start veriləcək.
Sports.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
"Arsenal" evdə "Atletiko"nu, "Barselona" isə "Olimpiakos"u qəbul edəcək. "Qarabağ"ın rəqiblərindən "Napoli" səfərdə PSV-nin qonağı olacaq.
PSJ Almaniyada "Bayer"lə, "Mançester Siti" isə İspaniyada "Vilyarreal"la üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
21 oktyabr
20:45. Barselona (İspaniya) - Olimpiakos (Yunanıstan)
20:45. Kayrat (Qazaxıstan) - Pafos (Kipr)
23:00. Arsenal (İngiltərə) - Atletiko (İspaniya)
23:00. Bayer (Almaniya) - PSJ (Fransa)
23:00. Vilyarreal (İspaniya) - Mançester Siti (İngiltərə)
23:00. PSV (Niderland) - Napoli (İtaliya)
23:00. Kopenhagen (Danimarka) - Borussiya (Dortmund, Almaniya)
23:00. Yunion (Belçika) - İnter (İtaliya)
23:00. Nyukasl (İngiltərə) - Benfika (Portuqaliya)