Dünya futbolu
Ronaldo “Əl-Nəsr”in Səudiyyə Ərəbistanı Kubokunda məğlubiyyətini şərh etdi

29.10.2025 | 23:20
40 yaşlı portuqal ulduz hücumçu Kristiano Ronaldonun “Əl-Nəsr”i Səudiyyə Ərəbistanı Kral Kubokunun ⅛ final mərhələsində doğma meydanında “Əl-İttihad”a 1:2 hesabı ilə məğlub olaraq, mübarizəsinə xitam berib.
Sports.az xəbər verir ki, “Nəcd cəngavərləri”nin kapitanı Ronaldu müvafiq məğlubiyyəti mübariz ruhda şərh edib:
“Biz qürurla dayanmışıq, öyrənirik və irəli birlikdə hərəkət edirik”, – “Kriş” şərhini “Əl-Nəsr”in komanda şəkli ilə tamamlayaraq, özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Son xəbərlər





























