PSJ səfərdə xal itirdi

Fransa Liqa 1-də 10-cu turun oyunları keçirilib.
Sports.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edib.
Səfərdə “Loryan”la qarşılaşan PSJ bu dəfə xal itkisi ilə üzləşib. “Olimpik” (Marsel) – “Anje”, “Paris” – “Olimpik” (Lion) və “Tuluza” – “Renn” matçlarında da qalib müəyyənləşməyib. “Nant”ın qonağı olan “Monako” isə qələbə qazajb
Hazırda 21 xalı olan PSJ vahid liderdir. “Monako” 20, Marsel “Olimpik”i, “Strasburq”, Lion “Olimpik”i və “Lans” 19 xal toplayıblar.
Fransa Liqa 1
10-cu tur
29 oktyabr
Havr – Brest 1:0
Qol: Sanqante, 73.
Olimpik (Marsel) – Anje 2:2
Qollar: Vaz, 52; 70 – Şerif, 25. Kamara, 90+6.
Nant – Monako 3:5
Qollar: Girassi, 19; 45+6. M.Məhəməd, 80 – Kulibali, 6. Baloqun, 41. Akliuş, 55. Qolovin, 75; 90+4.
Paris – Olimpik (Lion) 3:3
Qollar: Kamara, 65. Kebbal, 77. Marketti, 84 – Tolisso, 5. Şults, 51; 58.
Strasburq – Oser 3:0
Qollar: Panikelli, 46. Nanasi, 55. Barko, 60.
Tuluza – Renn 2:2
Qollar: Kressuel, 58 Donnum, 85-pen – Lepaul, 50; Tamari, 54.
Loryan – PSJ 1:1
Qollar: İ.Silva, 51 – N.Mendes, 49.
Mets – Lans 2:0
Qollar: Heyn, 87; 90+1.
Nitsa – Lill 2:0
Qollar: Diop, 29-pen. Yansson, 87.





























