Dünya futbolu
				“Bayern”dən rekord gəlir

03.11.2025 | 18:45
					“Bayern” 2024/25 maliyyə ilini rekord göstəricilərlə başa vurub.
Sports.az xəbər verir ki, Münhen klubunun konsolidə olunmuş gəliri 978,3 milyon avro təşkil edib ki, bu da ötən illə müqayisədə 2,8 faiz çoxdur.
Bu rəqəm “Bayern”in tarixində ən yüksək gəlir göstəricisi kimi qeydə alınıb.
Klubun əməliyyat mənfəəti 11,3 faiz artaraq 187,8 milyon avroya çatıb. Vergilərdən əvvəlki mənfəət 42,5 milyon, xalis mənfəət isə 27,1 milyon avro olub.
 
Son xəbərlər
		
									
									
									
									
									
									




























