Dünya futbolu
				Hayner növbəti dəfə “Bayern”in prezidenti seçildi

03.11.2025 | 19:15
					“Bayern”in prezidenti Herbert Hayner növbəti müddətə yenidən bu vəzifəyə seçilib.
Sports.az xəbər verir ki, 71 yaşlı funksioner klubun ümumi yığıncağında keçirilən səsvermədə 95,63 faiz səs toplayaraq böyük üstünlüklə qalib gəlib.
Onunla yanaşı, vitse-prezident Diter Mayer və vitse-prezidentin müavini Valter Mennekes də öz vəzifələrini qoruyublar.
Herbert Hayner 2019-cu ildən “Bayern”in prezidenti vəzifəsini icra edir və bu müddət ərzində klub həm Almaniyada, həm də beynəlxalq arenada yüksək nəticələr əldə edib.
Son xəbərlər
		
									
									
									
									
									
									




























