“Antalyaspor” və “Rizəspor”dan qələbə

Türkiyə Super Liqasında 11-ci tura yekun vurulub.
Sports.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.
“Alanyaspor” – “Qaziantep” matçı qolsuz bitib. “Eyüpspor” evdə “Antalyaspor”a uduzubsa, “Rizəspor” “Karagümrük”ü xalsız yola salıb.
Hazırda 29 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 25, “Trabzonspor” 24, “Samsunspor” 20, “Göztəpə” 19, “Qaziantep” 18, “Beşiktaş” 17 xal toplayıb.
Türkiyə Super Liqası
11-ci tur
31 oktyabr
Başakşəhər – Kocaelispor 1:0
Qol: Şomurodov, 90+1-pen.
1 noyabr
Göztəpə – Gənclərbirliyi 1:0
Qol: Juan Santos, 45+1.
Qalatasaray – Trabzonspor 0:0
2 noyabr
Konyaspor – Samsunspor 1:3
Qollar: U.Nayir, 59 – Musaba, 5. Ndiaye, 13. Bazor, 57-öz qapısına.
Kayserispor – Kasımpaşa 3:2
Qollar: Soyalp, 11. Densvill, 32 – Vink, 19. Kanatsızkuş, 67.
Beşiktaş – Fənərbağça 2:3
Qollar: Ture, 5. E.Topçu, 22 – İ.Yüksək, 32. Asensio, 45+3. C.Duran, 83.
3 noyabr
Alanyaspor – Qaziantep 0:0
Eyüpspor – Antalyaspor 0:1
Qol: Y.Boli, 75.
Rizəspor – Karagümrük 1:0
Qol: Moçi, 83.
									
									
									
									
									
									




























