Dünya futbolu
				Ançelotti Modriçin futbol uzunömürlüyünü qiymətləndirdi

03.11.2025 | 23:00
					Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Milan”ın 40 yaşlı xorvat veteran ulduz yarımmüdafiəçisi Luka Modriçin futbol uzunömürlüyünü qiymətləndirib.
Sports.az italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Luka Modriç məni təəccübləndirmir. Modriç intizam, yaxşı genetika, ciddiyyət, təcrübə və şəxsi keyfiyyətlərə malikdir ki, bunlar, ona 40 yaşında ən yaxşı yarımmüdafiəçilərdən biri olmasına imkan verir”.
Son xəbərlər
		
									
									
									
									
									
									




























