Dünya futbolu
Levandovski qışda “Barselona”dan ayrıla bilər

05.11.2025 | 16:00
“Barselona”nın 37 yaşlı polyak ulduz hücumçusu Robert Levandovski növbəti ilin qış transfer pəncərəsində “blauqrana”nın düşərgəsini tərk edə bilər.
Sports.az xəbər verir ki, Kataloniya klubu Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubundan “Lyova”ya görə təklif alıb.
Vurğulanır ki, “Barselona” veteran hücumçusuna layiqli əvəz tapa bilsə, müvafiq təklifə “mübarəkdir” cavabını verəcək.
Son xəbərlər





























