Dünya futbolu
“Arsenal” rekordunu təkrarladı

05.11.2025 | 17:30
İngiltərənin "Arsenal" klubu rekordunu təkrarlayıb.
Sports.az xəbər verir ki, bu barədə Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.
"Topçular" bütün turnirlərdə ardıcıl 8 oyunda qol buraxmadan qalib gəlib. Bu, İngiltərə Premyer Liqa təmsilçilərinin rekordunun təkrarıdır.
1889-cu ildə "Preston", 1920-ci ildə "Liverpul", 1903-cü ildən sonra isə "Arsenal" 8 görüşdə qol buraxmadan qalib gəlib.
“Arsenal” son olaraq ötən gün azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında "Slaviya"nı (Çexiya) 3 cavabsız qolla üstələyib.
Son xəbərlər





























