Dünya futbolu
Soboslai “Real” üzərində qələbəni şərh etdi

08.11.2025 | 22:30
“Liverpul”un macar yarımmüdafiəçisi Dominik Soboslai Çempionlar Liqasında “Enfild”də “Real” üzərində qələbəni (1:0) şərh edib.
Sports.az macar futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Hamı qaçır, mübarizə aparır, bir-birini dəstəkləyir, bir-birini sığortalayırdı. Ən əsası, müvafiq ruhda davam etməkdir. İrəlidə uzun bir yol var”.
Xatırladaq ki, Soboslai “Real”a vurulmuş yeganə qolun ərsəyə gəlməsində, “qırmızılar”ın argentinalı yarımmüdafiəçisi Aleksis Makallisterə məhsuldar ötürmə verməsi ilə fərqlənib.
Son xəbərlər





























