Dünya futbolu
İnfantino “Kayrat”ı təbrik etdi

08.11.2025 | 23:00
FIFA prezidenti Canni İnfantino “Kayrat”ı Qazaxıstan çempionluğunu qazanması münasibətilə təbrik edib.
Sports.az xəbər verir ki, müvafiq təbrikin yer aldığı məktub Qazaxıstan Futbol Federasiyasına (KFF) – təşkilatın prezidenti Marat Omarovun adına ünvanlanıb.
Xatırladaq ki, bu, “Kayrat”ın 5-ci çempionluğudur. Qazaxıstan çempionluğunu ən çox qazanmış klub isə “Astana”dır – 7 dəfə.
Son xəbərlər





























