Dünya futbolu
“Vulverhempton” baş məşqçi vəzifəsinə namizəd müəyyənləşdirdi

08.11.2025 | 23:15
“Vulverhempton” rəhbərliyi “canavarlar”ın sükanı arxasına namizədlə bağlı yəqinlik hasil edib.
Sports.az xəbər verir bu, 42 yaşlı ulesli mütəxəssis, hazırda İngiltərə Çempionşipinin təmsilçisi “Midlsbro”nu çalışdıran Robert “Rob” Edvardsdır.
Vurğulanır ki, Edvards özünü İngiltərə Premyer Liqasında sınamağa hazırdır və bu səbəbdən uelsli mütəxəssisin “Vulverhemton”un baş məşqçisi vəzifəsinə təyinatı ehtimalı yüksək qiymətləndirilir.
Son xəbərlər





























