Dünya futbolu
“Mançester Siti”nin yarımmüdafiəçisi La Liqada çıxış edəcək

25.12.2025 | 10:20
“Mançester Siti” hazırda “Bayer”də icarə əsasında çıxış edən argentinalı yarımmüdafiəçisi Klaudio Eçeverrini qarşıdakı qış transfer pəncərəsində İspaniya La Liqasına icarəyə göndərəcək.
Sports.az xəbər verir ki, Eçeverri “Jirona”ya icarəyə yollancaq.
Vurğulanır ki, Eçeverri “əczaçılar”ın əsas heyətinə düşməyə müvəffəq ola bilməyib və bununla da daimi əsasda oyun vaxtı almaq və tərəqqi etmək imkanından məhrum olub. Odur ki, “Mançester Siti” və “Bayer” icarəni erkən surtədə tamamlamağı münasib biliblər.
Son xəbərlər





























