Dünya futbolu
İngiltərə və İtaliya nəhəngləri Səudiyyə Ərəbistanında üz-üzə gələ bilərlər

25.12.2025 | 21:00
İngiltərə nəhəngi “Mançester Yunayted” və İtaliya nəhəngi “Milan” yoldaşlıq oyunu çərçivəsində Səudiyyə Ərəbistanında qarşılaşa bilərlər.
Sports.az xəbər verir ki, oyun fevral ayının ortalarına nəzərdə tutulub.
Vurğulanır ki, müvafiq zaman kəsimində hər iki klubun təqvimində asudə vaxt olacaq. Yoldaşlıq oyunu daha çox maliyyə maraqlarına xidmət edəcək, amma azarkeşlərin də bu oyunda maraqlı olduqları bildirilir.
Son xəbərlər





























