Dünya futbolu
La Liqada dekabrın ən yaxşı futbolçusu müəyyənləşdi

10.01.2026 | 15:59
“Barselona”nın futbolçusu Lamin Yamal İspaniya La Liqasında dekabr ayının ən yaxşı oyunçusu seçilib.
Sports.az xəbər verir ki, bu barədə Kataloniya klubu sosial şəbəkəsi vasitəsilə məlumat yayıb.
"Barselona" ötən ay İspaniya çempionatında 5 oyunda qələbə qazanıb. Yamal bu görüşlərdə 2 qol vurub.
Noyabrın da ən yaxşı futbolçusu Yamal sayılmışdı.
Oktyabr və sentyabrda isə ayın ən yaxşı futbolçusu “Real”ın hücumçusu Kilian Mbappe seçilmişdi.
Son xəbərlər





























