Dünya futbolu
Konate gələcəyi ilə bağlı qərarını tezliklə qəbul etmək istəyindədir

07.04.2026 | 17:00
“Liverpul”un fransalı mərkəz müdafiəçisi İbraima Konate gələcəyi ilə bağlı qərarını tezliklə qəbul etmək istəyir.
Sports.az xəbər verir ki, Konate müvafiq qərarını 2026-cı ilin dünya çempionatına qədər qətiləşdirmək niyyətindədir.
Futbolçu ya “Liverpul”la cari mövsümün sonunda başa çatacaq müqviləsini yeniləyəcək, ya da “qırmızılar”dan azad agent qismində ayrılacaq.
Vurğulanır ki, Konate onun xidmətində maraqlı olan “Real”a qoşulmağa meyllidir.
Son xəbərlər





























