Remzi futboldan getdi

Remzi futboldan getdi

Uels millisinin və İngiltərənin "Arsenal" klubunun sabiq yarımmüdafiəçisi Aaron Remzi futbolçu karyerasını başa vurub.

Sports.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

"Bu qərar asan qəbul edilmədi. Çox düşündükdən sonra futboldan təqaüdə çıxmaq qərarına gəldim. İlk olaraq Uels millisindən başlamaq istəyirəm. Bu formanı geyinmək və komanda ilə belə anlar yaşamaq mənim üçün böyük şərəf idi. İnkişafımda rolu olan bütün məşqçilərə və işçi heyətinə təşəkkür edirəm", – deyə o söyləyib.

Remzi çıxış etdiyi klublara da minnətdarlığını bildirib.

Qeyd edək ki, uelsli oyunçu karyerası ərzində İngiltərədə "Arsenal", "Kardiff Siti", "Nottinqem Forest", Fransada "Nitsa", Şotlandiyada "Reyncers" və İtaliyada "Yuventus" klublarının formasını geyinib. Onun son komandası Meksikanın "Pumas" kollektivi olub.

Remzi klub səviyyəsində üç dəfə İngiltərə Kubokunu və Superkubokunu, həmçinin İtaliya və Şotlandiya Kuboklarını qazanıb. O, Uels millisində 86 oyuna çıxıb və 21 qol vurub.
 

Son xəbərlər
“Qırmızı vərəqə almağımız bizi çətin duruma saldı” - Ayxan Abbasov
“Turan Tovuz” belə xal itirdi - VİDEO
“Mançester Siti” Qvardiolaya əvəz axtarır
“Mübarizəni dayandırmağımızın səbəbi heyətdəki itkilərdir”
“Araz-Naxçıvan” “Sabah”a qarşı - YENİLƏNİR
“Qələbə qazanmağa layiq idik”
Tovuz şəhər stadionunun qazonu yenidənqurmadan sonra təftiş edilib
“Bayern” Noyerə əvəz axtarışındadır
“İmişli” ilə oyunda çox vacib xallar itirdik” - Berdıyev
Pley-offa yüksələn üçüncü komanda bəlli oldu
Remzi futboldan getdi
“Barselona”da Balde ilə bağlı vəziyyət nə yerdədir?
Daşkəsəndə yeni cüdo zalı
“Mançester Yunayted”də yeni müqavilə
“Ştutqart” hücumçusu ilə danışıqlar aparır
Konate gələcəyi ilə bağlı qərarını tezliklə qəbul etmək istəyindədir
“Çelsi”nin müdafiəçisi “zadəganlar”dan ayrıla bilər
Azərbaycanı dünya birinciliyində 15 idmançı təmsil edəcək
Qvardiola gələcəyi ilə bağlı qərarını təxirə saldı
Kroos “Barselona”nın ulduzunu səciyyələndirdi
“Real”ın yarımmüdafiəçisi gələcəyi ilə bağlı qərar verdi
Qaşqaldaq ləvəngisi
Kostakurta Martines haqda qənaətini açıqladı
Bastoni “Barselona”ya keçidinə tələsir
“Barselona” oyunçusunu satışa çıxardı
Rumıniya millisinin baş məşqçisi bəlli oldu
“Sabah”ın U-18 komandası ÇL-də mübarizəyə başlayır
PFL “Ayın qolu” layihəsində martın qaliblərini açıqladı
Əvəzedicilərin də cəzası açıqlandı
Daha üç komandaya texniki məğlubiyyət verildi
DAHA ÇOX

Ən çox oxunanlar