Dünya futbolu
Dahud “Ayntraxt”dan ayrılacaq

08.04.2026 | 14:00
Almaniyanın "Ayntraxt" komandası yarımmüdafiəçi Mahmud Dahud ilə yollarını ayıracaq.
Sports.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçunun müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır və tərəflər anlaşmanı yeniləməyəcək.
Dahud 2024-cü ilin yayında İngiltərənin "Brayton" klubundan Frankfurt təmsilçisinə transfer olunub. O, bu mövsüm bütün turnirlərdə 17 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər





























