Dünya futbolu
“Roma”nın müdafiəçisi sıradan çıxdı

08.04.2026 | 14:20
İtaliya A Seriyasının 31-ci turu çərçivəsində səfərdə “İnter”ə qarşı oyun (2:5) “Roma”nın italyan mərkəz müdafiəçisi Canluka Mançini üçün xoşagəlməz başa çatıb.
Sports.az xəbər verir ki, fasiəldən sonra əvəzlənmiş Mançinin tibbi müayinəsi, futbolçunun sağ baldırında zədə aşkarlayıb.
Vurğulanır ki, Mançini müvafiq zədəsi səbəbilə bütün aprel ayını yaşıl meydanlardan kənarda qalmalı olacaq.
Son xəbərlər





























