Dünya futbolu
“Napoli” hücumçusu barəsində intizam tədbiri görəcək

08.04.2026 | 15:00
“Napoli” rəhbərliyi “eşşəkciklər”in belçikalı mərkəz hücumçusu Romelu Lukaku barəsində intizam tədbiri görəcəyini bəyan edib.
Sports.az xəbər verir ki, müvafiq tədbirə səbəb Lukakunun, “Napoli”nin çağırışı əsasında kluba qayıtmaması olub.
Xatırladaq ki, Belçika yığmasının düşərgəsindən ayrılmış Lukaku “Napoli”yə qayıtmaq əvəzinə, bərpa mərhələsini fərdi qaydada Belçikada davam etdirməyə üstünlük verib.
Son xəbərlər





























