Dünya futbolu
Sanço “Borussiya”ya qayıda bilər

09.04.2026 | 14:00
Məlum olduğu kimi, “Mançester Yunayted”in ingiltərəli cinah hücumçusu Ceydon Sanço cari mövsümün sonuna qədər müddətə icarə müqaviləsi əsasında “Aston Villa” üçün çıxış edir.
Sports.az xəbər verir ki, Sanço Dortmund “Borussiya”sının maraq dairəsini düşüb – alman klubu ingiltərəli futbolçunu cari mövsümün sonunda azad agent qismində imzalamaq niyyətindədir.
Vurğulanır ki, Sançonun əvvəllər çıxış etdiyi “Borussiya”ya qayıdışı mümkündür, amma futbolçu bunun müqabilində əməkhaqqında Dortmund klubuna güzəştə getməli olacaq.
Son xəbərlər





























