Azərbaycan futbolu
“Qarabağ” 8000, “Neftçi” 700 manat cərimələndi

01.05.2026 | 16:00
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sports.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı qərarlar qəbul edilib.
“Neftçi”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” 700 manat cərimə edilib.
“Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Qarabağ” 8000 manat cərimə edilib.
Son xəbərlər





























